01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN-dən əhaliyə MÜRACİƏT

22.04.2021

Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

DM xəbər verir ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Belə ki, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız əsasən yaşlı nəsli nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər. Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Daxili İşlər Nazirliyi vətəndaşları kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edirik.