02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şarmazanovun ETİRAFI

22.04.2021

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir.

DM erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Şarmazanov Paşinyanın Sünik (Zəngəzur - red.) bölgəsinə səfəri və orada baş verən hadisələrə münasibət bildirib.

"Sünik (Zəngəzur -red.) sakinləri öz təhlükəsizliklərinə bir təhdid hiss edirlər, ona görə də Paşinyanın bölgəyə səfərinə bu şəkildə reaksiya verirlər. Ancaq anlamalıyıq ki, Sünikin problemləri yalnız bu bölgənin sakinlərini deyil, həm də bütün erməni xalqını narahat edir. Əgər sussaq,Qarabağı itirdiyimiz kimi Süniki də itirəcəyik".