29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üzən məzənnəyə keçə bilərik - Elman Rüstəmov

01.08.2018

"Üzən məzənnəyə keçid istiqamətində işlər görülür".
"Dövran Media"nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
"Bildirmək istəyirəm ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya böyük tələbi olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.