02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çexiyanın yeni XİN rəhbəri təyin edildi

21.04.2021

 Çexiyanın yeni  xarici işlər naziri təyin edilib.  

DM xarici KİV-ə istinadən xəbər verir ki,  ölkə rəhbəri Miloş Zeman daxili işlər nazirinin müavini vəzifəsində çalışan Yakub Kulqaneki xarici işlər naziri təyin edib.

"Xarici İşlər Nazirliyinin başçısı vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və respublikanın rifahı naminə bu məsul işində uğurlar diləyirəm", - deyə Zeman yeni XİN rəhbərinə bildirib.

Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri olmuş Tomas Petrşiçek 12 aprel tarixində baş nazir Andrey Babişin təklifi ilə prezident tərəfindən vəzifəsindən azad edilib.