02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistanda koronavirusun yeni növü aşkar edilib

21.04.2021

Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz "Twitter” səhifəsində məlumat yayıb.

Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.

V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçüm məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.

Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.

Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.