25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tahir Budaqov Bahrom Əşrəfxanovla görüşüb

20.04.2021

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüşüb.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşlıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.