05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentə ŞİKAYƏT

20.04.2021

Ucar Rayon Qazyan kəndinin bir qrup sakini kəndin yolsuzluq problemilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

Bir nüsxəsi də "AzPolitika.info”ya göndərilən məktubda deyilir ki, Qazyan kəndinin bir hissəsi yolsuzluqdan əziyyət çəkir.

Şikayətçilər qeyd edirlər ki, kənd yollarının bir hissəsi asfaltansa da, bu iş onların yaşadıqları əraziyə şamil olunmayıb və hazırda həmin ərazidəki yollar bərbad durumdadır: "Hazırda Ucar rayonu Qazyan kənd ərazisində yol tikintisi işləri aparılır. Ancaq çox təəssüf ki, bu şikayət ərizəsini hazırlayan 100 ailənin yaşadığı əraziyə gedən yola asfalt çəkilməsi nəzərdə tutulmayıb. Bu isə qanunsuzluq və laqeyidlikdir ki, müəyən vəzifəli şəxslər tərəfindən yol verilir. Qazyan kəndinin küçələrinin əksəriyyətinə asfalt örtüyü çəkilsə də, bizim yaşadığımız əraziyə çəkilmir. Həmin ərazidə yerləşən kənd qəbristanlığının yolu da bərbad vəziyyətdədir. Bizim ailələrdə azyaşlı uşaqlar, qocalar və xəstə insanlar var ki, onlar yolsuzluqdan çox əziyyət çəkirlər. Uşaqlarımız yolsuzluğa görə məktəbə gedə bilmirlər. Yolun bərbad vəziyyətdə olmasına görə yayda tozdan, qışda isə palçıqdan hərəkət etmək olmur...”