08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təyyarə qəzasında 98 nəfər xəsarət alıb

01.08.2018

Meksikanın Duranqo ştatında "Aeromexico” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 98-i xəstəxanada yerləşdiriliblər.
RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Duranqo ştatının qubernatoru Xose Rosas Aispuro məlumat verib.
Hadisə Quadulupe Viktoriya adına beynəlxalq hava limanının yaxınlığında baş verib. Embraer 190 təyyarəsi uçma-enmə zolağından təxminən 300 metr aralıda yerə çırpılıb. Qəfil şiddətlənən küləyin hadisəyə səbəb olduğu bildirilir.
Qəza nəticəsində ölən olmayıb. Təyyarənin göyərtəsində 97-si böyük yaşlı, ikisi uşaq sərnişin və 4-ü ekipaj üzvü olmaqla 103 nəfər olub.