05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda meyiti tapılan erməni hərbçilərinin sayı açıqlandı

20.04.2021

Azərbaycanın işğaldan azad edilən ərazilərində dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha bir erməni hərbçinin meyiti aşkarlanıb.

Bu barədə DM Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçinin meyiti Cəbrayıl rayonunda aşkarlanıb.

Beləliklə, Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra meyiti aşkarlanan erməni hərbçilərin ümumi sayı 1 544 nəfərə çatıb.

Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.