09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

IX kral Karlın tacı oğurlanıb

01.08.2018


İsveçdə IX kral Karlın tacı saxlandığı yerdən oğurlanıb.
İsveç KİV-ləri xəbər verir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. IX kral Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar.
Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir.
Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər.
Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır.
Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.