05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tələbələr məcburi peyvəndlənəcək?

20.04.2021

Son yeddi gündə dünyada beş milyondan çox insan koronavirusa yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə keçirdiyi brifinqdə deyib.

DM "Rossiya 24”-ə istinadən xəbər verir ki, Hindistanda altı gün ardarda infeksiya sayına görə anti-rekord yenilənir. Koronavirusun "Hindistan ştammı”nın qarşısını almaq üçün Britaniya bu ölkəni "yüksək risk”li dövlət siyahısına əlavə edəcək. Hətta Britaniyanın Baş naziri Boris Conson Delhi ziyarətini də ləğv edib.

Fransada xəstəxanaya yerləşdirilənlərin sayı get-gedə artır. Yerli mütəxəssislər vəziyyətin pandemiyanın ikinci dalğasının pik həddi ilə müqayisə edilə biləcəyini deyirlər. Baxmayaraq ki, hazırda ölkə əhalisinin təxminən beşdə bir hissəsi vaksinasiya edilib.

ABŞ-da yeni tədris ilindən etibarən böyük universitetlərin tələbələri yataqxanalarda qalmaq istəsələr, peyvənd olunmalıdırlar.

ABŞ səlahiyyətliləri 16 yaşdan yuxarı bütün sakinlər üçün vaksinasiyanın əlçatan olduğunu açıqlayıblar.