09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1 avqustda doğulanlar - Ayaz Ramiz oğlu Salayev

01.08.2018

Kinorejissor, kinoşünas, ssenaristi, 
Azərbaycanın əməkdar incəsənət xadimi

Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb.
1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb.
1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib.
1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən təxminən otuz müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb[2].
Son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
Son 5 ildə "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.
Əməkdar incəsənət xadimidir.
Onun azərbaycanlı tamaşaçının kino zövqünün formalaşmasında müstəsna xidmətləri var. Vaxtilə apardığı "Retro" verilişi ilə kinosevərlərin düşüncəsində əməlli-başlı inqilab etmiş bu şəxs sonralar yaratdığı hələlik ilk və son "Yarasa" bədii filmiylə təkcə danışmağın yox, həm də göstərməyin ustası olduğunu təsdiqlədi.