30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polisin hücumunda 7 nəfər yaralanıb

17.04.2021

İsrail polisinin Ramazan ayının 4-cü günü Şərqi Qüdsün İçərişəhərinin Köhnə şəhəri ətrafında Fələstinli gənclərə qarşı müdaxiləsi nəticəsində bir yəhudi olmaqla 7 nəfər yaralanıb.

DM SABAH HABER-ə istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara tərəfindən edilən yazılı açıqlamada, İsrail polisinin Şərqi Qüdsün İçəri Şəhərindəki hadisələrdə 6 fələstinlini yaraladığı ifadə edildi.

Açıqlamada 4 nəfərin hadisə yerində müalicə alındığı və 2 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirildi.

Digər tərəfdən, şahidlərdən alınan məlumata görə, İsrail polisinin Fələstinlilərə qarşı müdaxiləsi zamanı yoldan keçən bir Yəhudinin başından yaralandığı ifadə edildi.

Şahidlər İsrail polisinin, Fələstinli gəncləri dağıtmaq üçün qiyama nəzarət vasitələrindən (TOMA) təzyiqli çirkab sularını da istifadə etdiyini bildirdi.

İsrail polisinin müdaxiləsi nəticəsində bir fələstinli qadının və qızının plastik güllələrdən yaralandığı qeyd edildi.

Məscidül-Əqsada təravih namazından sonra İsrail polisi dünən axşam İçərişəhərin Şam qapısında Fələstinli gənclərə qarşı müdaxilə etdi.

Ramazan ayının ilk günü də daxil olmaqla İsrail polisi ilə Fələstinli gənclər arasında hadisələr baş verməyə davam edir.