25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ABŞ və Rusiya təyyarələri ÜZ-ÜZƏ

16.04.2021

Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarəetmə Mərkəzi, Rusiyanın MiG-31 qırıcısının Sakit Okean üzərində üzən ABŞ-a məxsus RC-135 kəşfiyyat təyyarəsinin qarşısını aldığını bildirdi.

DM SÖZCÜ GAZETESİ-nə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarəetmə Mərkəzi, Rus MiG-31 qırıcısının Kamçatka yarımadasının cənub sahilləri boyunca Sakit Okean üzərində üzən ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsini tutduğunu açıqladı.

Milli Müdafiə İdarəetmə Mərkəzinin açıqlamasında "Hava hədəfinin müəyyənləşdirilməsi və Rusiya sərhədlərinin pozulmasının qarşısını almaq üçün Şərqi Hərbi Dairədəki gözətçi hava hücumundan müdafiə bölmələrindən bir MiG-31 qırıcı təyyarəsi havaya qaldırıldı."

Rus döyüş təyyarəsinin uçuşunun hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyi və ABŞ-ın Rusiya sərhədindən kəşfiyyat təyyarəsini geri qaytardıqdan sonra təyyarənin hava limanına etibarlı şəkildə qayıtdığı bildirildi.