29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eldar Quliyevlə vida mərasimi keçirilməyəcək

16.04.2021

Xəbər verdiyimiz kimi Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, koronavirus səbəbinə görə xalq artisti ilə vida mərasimi keçirilməyəcək. E.Quliyevin nəşi hazırda Xalq artistinin müalicə aldığı özəl xəstəxanadan məscidə aparılıb. Xalq artistinin dəfn olunacağı yer bəlli olandan sonra mərhum torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Quliyev bir müddət əvvəl insult keçirmişdi.