29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Silahlı hücum: olənlər var

16.04.2021

Reuters ağentliyinin yaydığı məlumata görə bu saatlarda ABŞ-ın Indianapolis şəhərində baş verən atışmada çox sayda insanın vurulduğu bildirilir.

Səlahiyyətli orqanlar hələ neçə nəfərin vurulduğu barədə dəqiq məlumat verməsə də, təcavüzkarın özünü öldürdüyünü bildirilir. Hücum, silah və lojistik xidmətləri göstərən Amerikan FedEx şirkətinin Indianapolisdəki qərargahında odlu silahlarla baş verib.

Yerli Polis  Genae Cook silahlı bir təcavüzkarın Indianapolis Hava Limanı yaxınlığındakı müəssisəyə atəş açdığını və hadisə nəticəsində bir neçə nəfərin yaralandığını bildirib.

Cook eyni zamanda  təcavüzkarın özünü öldürdüyünü və camaatın bu anda narahat olacağı bir vəziyyət olmadığını söyləib.

Şahidlərin yerli mətbuata verdiyi açıqlamalarda müəssisədə işləməsi etimal olunan təcavüzkarın əlində avtomatla atəş açdığını gördüklərini bildiriblər.

Hadisə zamanı qardaşı oğlunun avtomobili ilə ərazidən keçdiyini bildirən şahid, sol qolundan xəsarət alan qadınının xəstəxanaya aparıldığını qeyd edib.