AİHM-dən Fransaya qaçqın xəbərdarlığı  
    
                          
     
                         16.04.2021
 
    
                        					Avropa İnsan Haqları Məhkəməsi Çeçen qaçqını Rusiyaya deportasiya edən Fransaya xəbərdarlıq etdi. Məhkəmə, Fransadan bu cür qərarlarla daha diqqətli olmasını istədi.
Avropa İnsan Haqları Məhkəməsi tərəfindən yayımlanan qərarda Paris rəhbərliyinə, bir qaçqının deportasiya vəziyyətində qarşılaşacağı riskləri daha yaxşı qiymətləndirməsi lazım olduğu xəbərdarlığı edildi.
Ölkədəki "sığınacaq axtaran" statusu rəsmi qurumlar tərəfindən ləğv edilsə də, bu şəxsin hələ də sığınacaq axtaran olduğu bildirildi.
Qərarda Fransanın bu şəxsin deportasiya edildikdən sonra pis rəftara məruz qalmayacağını tam və əminliklə təsdiqləməsi lazım olduğu vurğulandı.
9 aprel tarixində Fransa tərəfindən qovulmuş Çeçen əsilli bir rus qaçqını Maqomed Gadayev səfər etdiyi  Rusiyada qaçırıldı.