19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanlı gənc pakistanlı qızla ailə qurdu

15.04.2021

 Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu gün 5 saylı Bakı "ASAN xidmət” mərkəzində nikaha daxil olublar.

BANM-dən verilən məlumata görə, ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi, əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub.

İki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib.

Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub. Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıb. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.

Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb. Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub.

Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.