24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankara Afina ilə danışıqlara başladı

15.04.2021

Yunanıstanla danışıqlarımız bu yaxınlarda yenidən başladı.

DM xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

"Yunanıstan xarici işlər naziri Nikos Dendias dünən Türkiyəyə gələcəkdi, lakin NATO danışıqlarına görə qaldı. Bu gün üçün çağırdım və qəbul etdi. Onunla səmimi bir atmosferdə görüşməyi planlaşdırırıq. Yunanıstanla dialoq və yüksək səviyyəli səfərlər çox önəmli və qənaətbəxşdir. Bizim Yunanıstanla görüşmək üçün AB-yə və ya digər ölkələrə ehtiyacımız yoxdur. Yunanıstanla razılaşmadığımız məsələlər var. Bunlar barədə açıq danışmağımız lazımdır", - Çavuşoğlu bildirib.