19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dilqəmin oğlunun Şahbaz haqqındakı ŞOK AÇIQLAMASI

15.04.2021

Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. 

Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb.

DM HİT.Az-a istinadən xəbər verir ki, bu sözləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, bundan sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb:

"Şahbaz Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı Həsən Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub. Tutulduqdan sonra Şahbaz Quliyev ermənilərə hər şeyi danışdığına görə atam həbsxanada onunla eyni kamerada qalmaq istəməyib. Atam onların əsir düşməyində və Həsən Həsənovun öldürülməsində günahı Şahbaz Quliyevdə görür. Şahbaz Quliyevin ucbatından 7 il qanunsuz işgəncələrə məruz qalıb”.

Qeyd edək ki, son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Moderator.az-ın əməkdaşının H.Həsənovun necə öldürülməsi ilə bağlı sualına "Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib:

"Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.