Beynəlxalq Hava Limanına raket hücumu
15.04.2021
İraq Kürd Regional Rəhbərliyi (KRG), Erbil Beynəlxalq Hava Limanına qarşı raket hücumu edildiyini bildirdi.
DM SABAH HABER-ə istinadən xəbər verir ki, hücuma dair bir şərhdə, KRG Təhlükəsizlik Agentliyinə bağlı antiterror qüvvələri, ən azı bir raketin Erbil Beynəlxalq Hava Limanını hədəf aldığını açıqladı.
KRG Daxili İşlər Nazirliyi də mövzu ilə əlaqədar verdiyi açıqlamada, Erbil Beynəlxalq Hava Limanı ətrafında bir partlama səsi eşidildiyini söylədi.
Açıqlamada istintaqın davam etdiyi və partlayışla bağlı daha çox məlumatın yaxın zamanda paylaşılacağı bildirildi.