26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı boksçunun erməniyə yeni bir qələbəsi

15.04.2021

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.
52 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələr arasında Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib.

Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş sabah baş tutacaq.

91 kq çəki dərəcəsində mübarizə aparan Əsəd Baxışov isə 1/16 final mərhələsi çərçivəsində rusiyalı Ramazan Dadayevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.