11 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İngiltərə Əfqanıstandan qoşunlarını çıxaracaq

15.04.2021

 İngiltərə Xarici İşlər Naziri Dominic Raab, Əfqanıstanda xidmət edən İngilis əsgərlərinin nizamlı şəkildə getməsini dəstəkləyəcəklərini açıqladı.

DM TRT HABER-ə istinadən xəbər verir ki, Dominik Raab Twitter hesabındakı yazısında ölkəsinin NATO-nun və Əfqanıstan xalqının daha dinc gələcəyi olan sabit Əfqanıstanı dəstəklədiyini bildirdi.

Raab, Əfqanıstandakı İngilis əsgərlərinin ölkədən müntəzəm olaraq getməsini dəstəkləyəcəklərini qeyd etdi.

İngilis Müdafiə Naziri Ben Wallece yazılı açıqlamasında Əfqanıstan xalqının dinc və sabit bir gələcəyə layiq olduğunu qeyd etdi.

"Geri çəkilərkən Əfqanıstanda xidmət edən xalqımın təhlükəsizliyi bizim prioritetimiz olaraq davam edir" dedi. "Müttəfiq ölkələrə qarşı hücumların sərt bir cavabla qarşılanacağı açıqdır."