04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanı alqışlayan vitse-spiker kabinetində gizləndi

14.04.2021

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryanın Baş nazir Nikol Paşinyanı ayaq üstdə alqışlaması hiddətlə qarşılanıb.

DM erməni mediasına istinadən xəbər verir ki, xüsusilə media mənsubları Lena Nazaryanın bu addımını kəskin tənqid ediblər. Eyni zamanda vitse-spikerdən Paşinyanı hansı səbəbdən ayaq üstdə alqışladığını soruşublar.

"Siz nə üçün 5000 itki ilə Qarabağı türklərə verən Paşinyanın çıxışını alqışlayırsınız?”, - deyə media mənsubları sual edib. Lakin vitse-spiker onların suallarına cavab verməyib. O, jurnalistlərdən yaxa qurtarmaq üçün kabinetində gizlənib.

Məlumat üçün deyək ki, Lena Nazaryan hakim "Mənim addımım” fraksiyasının üzvüdür.