09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müdafiə nazirimiz CƏBHƏ XƏTTİNDƏ

31.07.2018

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məluamat görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, hərbi-tibb müəssisələrinə, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirərək konkret tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, qarşıda duran vəzifələrin icrası, xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və bir sıra digər məsələlər barədə müvafiq göstərişlər verib.