04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Operativ Qərargahdan brifinqlə bağlı AÇIQLAMA

14.04.2021

Son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ötən gün 34 nəfər COVID-19-dan vəfat edib.

Ölkədə bu günə qədər 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib. 31 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Qazet.az xəbər verir ki, son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sabah brifinq təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Mövzu ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, brifinqin təşkili ilə bağlı məlumatı yoxdur.

"Mənim məlumatım yoxdur. Məndə belə bir informasiya yoxdur”, - deyə İ.Məmmədov əlavə edib.