16 05 2021-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
16/05/2021
15/05/2021

Paşinyan Qasparyanın söylədiklərini yalanladı

14.04.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentin iclasında iştirak edərək Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub.

DM "Sputnik Ermənistan”a istinadən xəbər verir ki,Paşinyan son vaxtlar bu mövzuda bəzi fərziyyələrə də aydınlıq gətirib.

Belə ki, Nikol keçmiş baş qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabrında verdiyi bəyanata cavab verib.

Erməni mətbuatında yayılan məlumata əsasən, Qasparyan müharibənin dördüncü günü bəyan edib ki, Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır.

"Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi yoxdur. Keçmiş baş qərargah rəisi bunu demədi, stenoqrama da mövcuddur. Söhbət 30 sentyabr Təhlükəsizlik Şurasının iclasından gedir. Qasparyan əksinə Azərbaycanın heç bir uğur qazanmadığını, ordunun tapşırıqlarını yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini söylədi. Qasparyan 30 sentyabrda belə bir şey deyə bilməzdi, çünki bundan bir ay əvvəl - 21 avqust tarixində Təhlükəsizlik Şurasının iclasında o bildirib ki, erməni tərəfi Azərbaycan ordsunun hücumunun qarşısını alaraq, onları məğlub edə biləcək”.