09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəyyam Mirzəzadə ilə VİDA MƏRASİMİ

31.07.2018

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.
"Dövran Media"nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.
Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib. 
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.