16 05 2021-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
16/05/2021
15/05/2021

"Biz qərar veririk, Rusiya deyil!"

13.04.2021


NATO Baş katibi Jens Stoltenberg "NATO Ukraynanın NATO-ya üzv olmasına qərar verir, Rusiya deyil" deyərək Rusiyaya cavab verib.

NATO-nun baş katibi Jens Stoltenberg, Ukraynanın gələcəkdə NATO üzvü olacağına Rusiya deyil, NATO qərar verəcəyini söyləyib.

"Ukraynanın üzvlüyə hazır olub olmadığına qərar vermək 30 NATO ölkəsi üçün bir qərardır. Başqa kimsənin bu məsələyə qarışmağa cəhd etməyə haqqı yoxdur" deyib Stoltenberg. O, həmçinin "Rusiya hazırda qonşularının edə biləcəyi və edə bilməyəcəyi şeylərə müdaxilə edə biləcəyi təsir mühitini yenidən qurmağa çalışır" fikirlərini də söyləyib.

Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi təlimlər bəhanəsi ilə Ukrayna sərhədlərinə qoşun göndərdiyini açıqlamışdı.

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın silahlı qüvvələrini öz mülahizəsinə görə ərazisi daxilində hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını bildirmişdi.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Donbas bölgəsində 2014-cü ildən bəri müstəqilliklərini elan edən rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında qarşıdurmalar davam edir.