29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Operativ Qərargah QƏRAR

13.04.2021

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

DM xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədov məlumat verib.

O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.