29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cooper: PUA-lar erməni qüvvələrini fəlakətə uğradıb

13.04.2021

ABŞ mətbuatı: Bayraktar TB2-lər fırtına qopardı

Ukrayna ilə Rusiya arasında Donbas gərginliyi davam edərkən, bütün dünya bölgədəki mümkün müharibəni yaxından müzakirə edir.

Mütəxəssislər Rusiyanın Ukraynaya qarşı nisbətsiz gücünün gələcək müharibənin və Ukrayna üçün alternativlərin formalaşmasında rol oynayacağından söz aşırlar.

Ukrayna hava qüvvələri 1991-ci ildən bəri heç bir döyüş təyyarəsi almayıb. Cəmi 125 köhnə döyüş təyyarəsi olan Ukraynanın hücum təyyarələri və döyüş helikopterləri müasir müharibə standartlarına heç cürə uyöun gəlmir.

İllik büdcəsi 300 milyon dollar olan hava qüvvələri yenilənmə müddətini keçmə gücünə sahib olsa da, bunun Rusiyaya qarşı bir şey ifadə etməyəcəyi bəllidir.

Bəs Ukrayna nə etməlidir? Forbes-dəki bir məqaləsində aviasiya mütəxəssisi Tom Cooper bəzi tövsiyələrini verib.

Cooperin sözlərinə görə, Rusiyanın yer-hava raketləri o qədər yaxındır ki, Ukraynanın döyüş təyyarələri havaya qalxarkən hədəfə alına bilər. Bu səbəbdən Kiyevin müasir döyüş təyyarələri alması nə iqtisadi, nə də məntiqli olardı.

Bunun əvəzinə Ukrayna hava qüvvələri pilotsuz təyyarələrə üstünlük verməlidir. Böyük bir müharibə vəziyyətində Ukraynadakı pilotsuz döyüş vasitələri hava hücumundan müdafiə sistemlərini və tank kimi digər zirehli maşınları əzərək Rusiya ordusunun elementlərini alt-üst edə bilər.

Keçən payızda, Ermənistan və Azərbaycan arasındakı qısa və qanlı müharibə, Ukraynaya mümkün İHA müharibəsi üçün ilkin bir müşahidəni təklif edə bilər. Bir çox ölkənin Azərbaycana aid olduğunu qəbul etdiyi Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərdəki qarşıdurmalar zamanı Azərbaycanın Türkiyə və İsrail istehsalı olan PUA-ları erməni qüvvələrini fəlakətə uğradı.

Yüksək hündürlükdə uçan, Türkiyə istehsalı olan Bayraktar Taktik Blok 2 İHA və İsrail istehsalı olan Haroplar və Orbiter-1K yüzlərlə erməni tankını, döyüş maşınlarını, topçu sistemlərini və hava hücumundan müdafiə sistemlərini məhv etdi.

Noyabr atəşkəsindən əvvəl Azərbaycan qüvvələri Qarabağın böyük hissəsini işğaldan azad etdi.

Məqalədə Ukraynanın Azərbaycanın taktikasını mənimsəyə biləcəyi bildirilərkən, "Həqiqətən də transformasiyanın artıq başladığına işarə var. Açıq sual, Kiyevin pilotsuz gücündən nə dərəcədə asılı olacağı və Moskvanın bu gedişə təsirli ola biləcəyidir" ifadələri məqalədə vurğulanır.

Təxminən 1 milyon dollara başa gələn 1400 kiloluq pervane ilə idarə olunan Türkiyə istehsalı TB2, Azərbaycanın hücum gücünün onurğa sütunu oldu.

Ukrayna TB2-ləri 2019-cu ildə Türkiyənin Baykar şirkətindən almağa başladı. Dekabr ayında Kiyev və Ankara Ukrayna sənayesinin öz TB2 nüsxələrini yaratmasına icazə verən bir müqavilə imzaladılar.

Ukrayna ordusu ilk səhra sınaqlarına PUA ilə keçən ilin payızında başlamışdır. Bundan əlavə, Ukraynanın kamikadze İHA sahasində də fikir mübadilələri davam edir.

Belə avadanlıq mövcuddur. Kiyevin satın alma, inteqrasiya və paylama ilə bağlı nə qədər ciddi olduğunu zaman göstərəcək.

Cooperə görə, Rusiyanın necə reaksiya göstərəcəyi eyni dərəcədə qeyri-müəyyən olsa da, Moskvanın raket sistemlərinin PUA-ları və kamikaze sursatları məğlub edə bilməz.

"Əlbətdə ki, bu sistemlər çox hədəflidir və yenidən yüklənən sistemlər ... Ruslar bu qədər kiçik hədəflərə qarşı dayanmaq üçün əllərindən gələni edirlər" deyib.