07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış tarzən və ailəsi Covid-19-dan vəfat etdi

12.04.2021

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

DM-in məlumatına görə, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alırdı:

"Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər".