Siyavuş Kərimi virusa yoluxdu  
    
                          
     
                         12.04.2021
 
    
                         Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.
Konservatoriyanın mətbuat xidmətindən verilən məlumata görə, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxıb və ev şəraitində müalicə alır. 
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasında müəllim və tələbələr arasında koronavirusa yoluxma qeydə alındığı üçün əyani dərslər dayandırılıb.