04 09 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İran bir çox ölkə ilə sərhədləri bağladı

12.04.2021

Koronavirus pandemiyası ilə əlaqədar olaraq İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib.

DM unikal.org-a istinadən xəbər verir ki, bu barədə İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami bildirib. Onun sözlərinə görə, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib.

Quru sərhədlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-London reysləri də dayandırılıb. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində xüsusi həkim qrupları fəaliyyətə başlayacaq ki, onlar da ölkəyə daxil olanların səhhətini ciddi yoxlayacaqlar.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə ciddi xəbərdarlıq edilib. Şirkətlərə təyyarə biletinin satılması qadağan olunub. İran və Türkiyə ilə sərhəddə yerləşən Xuzestan vilayəti qırmızı zona elan edilib.

Qeyd edək ki, İranda COVID-19 infeksiyasının dördüncü dalğası başlayıb.