29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hicab üzündən bağlanan məktəblər açıldı

12.04.2021

Nigeriyanın Kwara əyalətindəki hicablı müsəlman tələbələrə qarşı çıxdıqları üçün bağlanan on məktəb yenidən açıldı.

DM TRT HABER-ə istinadən bildirir ki, Adeosun, hökumətin, xüsusilə yuxarı sinif şagirdlərini imtahanlara hazırlaya bilməsi üçün məktəbləri açma qərarı verdiyini və şagirdlərin təhlükəsiz şəkildə dərslərə gedə bilməsi üçün tədbirlər görüldüyünü qeyd etdi.

26 Fevralda hökumət, Kwara əyalətindəki məktəblərdə uzun müddətdir hicab məsələsinə son qoymaq üçün müsəlman qız şagirdlərin bütün məktəblərdə hicab taxmalarına icazə verdi.

Müsəlmanlar qərarı alqışlayarkən, xristianlar buna qarşı çıxdılar.

Müsəlman və xristian dini liderlərin hicablı qadın şagirdlərlə razılığa gəlməməsi nəticəsində 8 Martda Kwara əyalətindəki on dövlət məktəbi müvəqqəti olaraq bağlanmışdı.


17 Martda əyalət hökumətinin qərarı ilə açılan məktəblərdən birində bir müsəlman qız şagirdin məktəbə girməsinin qarşısı alındığı üçün iki qrup arasında yaşanan qarşıdurmada beş nəfər yaralanıb.