29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Açılışı olmadan uçan KÖRPÜ

12.04.2021


Ötən il Samsun Böyükşəhər Bələdiyyəsi tərəfindən inşasına başlanılan və 10 kəndin daşınmasında istifadə ediləcək olan Çalköy Körpüsü açılışından əvvəl çöküb.

DM Türkiyənin Milli Qazeta saytına istinadən xəbər verir ki, Samsunun Vezirköprü bölgəsində AKP Böyükşəhər Bələdiyyəsi tərəfindən özəl bir şirkət tərəfindən tikilən və 3 İyun 2020-ci ildə inşasına başlandıqdan 6 ay sonra çökən körpüdə bir qalmaqal yaşanıb.

Körpünün təxmini dəyərinin uyğun olmadığı və tikinti layihəsinin yoxlanılmayaraq birbaşa və tender olmadan tikintiyə başlandığı bildirilir.

Körpünün təxmini dəyəri Bələdiyyə tərəfindən 3 milyon 238 min TL olaraq təyin edilərkən, 3 milyon 440 TL-lik müqavilə imzalanıb. Müqaviləsi 29 aprel 2020-ci ildə imzalanan körpünün qiymətinin müqavilədən 202 min lirə aşağı olduğu göstərilən bələdiyyənin müdafiəsinin keçmiş dövrün qiymətini nəzərə aldıqları bildirilib.

İyun ayında inşasına başlanan Çalköy körpüsünün yalnız hər iki tərəfə qoyulmuş ayaqların üstünə qoyulduğu və ortada daşıyıcı sütun olmadığı üçün tökülən betonun ağırlığına dözə bilmədiyi  bildirilir. 

Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Demir çökən körpünün layihə və istehsal səhvləri olduğunu ifadə edərək deyib: "Çalköy Körpüsünün inşasında və layihəsində bir səhv olduğu təyin olundu. Çökən körpüdə hadisə sonrası istintaq başladıldı. Həm tikintidə, həm də layihədə səhvlər var. Bu körpünün podratçı tərəfindən edildiyi üçün bələdiyyəmiz zərrə qədər ziyan görməyib".