29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bünövrə qazıntısında QIZIL KÜPLƏR tapılıb

10.04.2021


Bir ev tikintisi üçün bünövrə yeri qazarkən inşaatçılar qızıl və gümüşlə dolu saxsı küplər tapıblar.

Hindistanın Jangaon bölgəsinin Pembarthi kəndində tapılan saxsı qabdan təxminən 190 qram qızıl; 1,72 kiloqram ağırlığında gümüş zərgərlik məmulatları olub.

Təxminən bir metr dərinlikdə tapılan əşyalar daha sonra səlahiyyətlilərə təhvil verilib.

Bölgə sakinləri xəzinənin dini əhəmiyyətə malik olduğunu iddia edərək dua ediblər.

Torpaq sahibi Narsimhanın küpə toxunduqdan sonra isterik davranışı kameraya əks olundu.

Səlahiyyətlilər saxsı qabın  içindən 51 qızıl muncuq, 22 qızıl sırğa, 11 qızıl boyunbağı, 26 gümüş çubuq və 5 gümüş zəncir tapıblar. 6,5 qram ağırlığında bir yaqut  da tapılanlar içərisində olub.

Pembarthi kənd məclisinin üzvü Anjaneyula Goud ərazidə qazıntılar edilsə daha çox xəzinə tapılacağını söyləyib.

Keçmişdə burada bir məbədin olduğu deyilir. Çox adam buna inanmır. Yalnız saxsı qablar ortaya çıxdıqdan sonra buna əminik.

Goud bölgədə bir ibadətgah üçün müraciət etdiklərini bildirib.

Bölgənin arxeologiya bölməsinin direktoru Sreenivasa Raju, "Xəzinə mütəxəssislər tərəfindən araşdırılır. Şərh vermək üçün hələ tezdir" deyib.