AZAL-ın təyyarəsində problem yaşandı 
    
                          
     
                         09.04.2021
 
    
                         AZAL-ın İstanbula uçan təyyarəsi texniki səbəblərdən Bakıya qayıdıb.
DM-in əldə etdiyi məlumata görə, aprelin 6-da  "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan İstanbula uçan təyyarəsində Gürcüstanın hava məkanında olarkən texniki problem yaranıb.  Texniki problem təyyarənin sərnişinləri arasında təşvişə səbəb olub.
Hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.