29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Britaniya kraliçasına və baş nazirinə başsağlığı verdi

09.04.2021

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona başsağlığı məktubları göndərib.

DM xəbər verir ki, dövlətimizin başçısı bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, Baş nazirə, Birləşmiş Krallığın bütün xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.