29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda Ramazanın başlayacağı tarix BƏLLİ OLDU

09.04.2021

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.

Məktubda deyilir: "Məlumat üçün bildirmək istərdik ki, Sizə təqdim olunmuş 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvim layihəsində tərəfimizdən təkrar aparılmış araşdırma nəticəsində Azərbaycan ərazisində təzə Ayın (hilalın) görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i aprelin 14-dən başlaması təsdiqlənib. Odur ki, 14 aprel tarixini Ramazan ayının birinci günü kimi qəbul etmənizi ali diqqətinizə çatdırıram.

Bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

İnşallah, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir.