04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Angela Merkelin səlahiyyət müddəti başa çatır

09.04.2021

Almaniyada COVID-19 epidemiyasına qarşı mübarizədən sonra ən vacib məsələ 26 sentyabrda keçiriləcək ümumi seçkilərdir. Tərəflər bu ay baş nazir namizədlərini müəyyənləşdirmək üçün ilk addımları atacaqlar.

DM TRT HABER-ə istinadən bildirir ki, Almaniyada 16 illik Angela Merkel dövrü sona çatacaq.

Yeni müddət 26 sentyabr seçkilərindən sonra başlayacaq və yeni baş nazir ölkə siyasətini idarə edəcək.

Baş nazir Merkelin Xristian Demokrat Birliyi CDU və qardaş partiyası olan Xristian Sosial Birlik CSU, diqqətləri cəlb edir.

Son vaxtlara qədər CDU prezidenti Armin Laschetin baş nazir namizədi olduğu deqiq idi.
Ancaq CSU prezidenti Markus Söderin adı son vaxtlar ictimai rəy sorğularında və birlik partiyaları arasında daha çox gündəmə gəldi.