29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neft-qaz yataqlarında tədqiqatlar və monitorinqlər aparıldı

09.04.2021

ETSN, AMEA və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində monitorinqlər aparıb.

DM xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.

"31 mart-9 aprel tarixlərində ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar”, "8 mart”, "Ələt-dəniz”, "Bulla-dəniz”, "Ümid”, "Şahdəniz”, "Abşeron”, "Çıraq”, "Mərkəzi Azəri”, "Günəşli”, "Neft Daşları”, "Palçıq pilpiləsi”, "Çilov”, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirilib”.

O qeyd edib ki, monitorinqlər zamanı 56 müxtəlif koordinat üzrə 219 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib”.