29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarkisyan ermənistandakı böhrandan danışdı

09.04.2021

 Ermənistan prezidenti Armen Sarkisyan erkən seçkiləri ölkəni siyasi, iqtisadi, sosial və ən əsası mənəvi, psixoloji böhrandan çıxarmaqda vasitə kimi görmür.

DM xəbər verir ki, bu barədə Sarkisyan "Sputnik Ermənistan”a müsahibəsində deyib.

Onun sözlərinə görə, istənilən siyasi prosesin öz məntiqi var. Bu vəziyyətdə ilkin olaraq sistemli islahatların aparılması qaydası məntiqlidir, bunun üçün əhəmiyyətli, keyfiyyətli resurslar lazımdır. Yalnız bu islahatlar, o cümlədən Konstitusiya dəyişikliyi nəticəsində məzmunlu xarakter daşıyacaq seçkilərin keçirilməsi mümkündür.

"Əks təqdirdə, seçkilərin seçki xatirinə keçirildiyi bir vəziyyət alırıq. Mən seçkini ölkənin siyasi, iqtisadi, sosial və ən əsası mənəvi və psixoloji böhrandan çıxarmaq üçün vasitə kimi görmürəm. Bütün fəaliyyətimiz ilk növbədə böhranlı vəziyyətin həllinə yönəlməlidir”.