29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni generallar qaçdılar

09.04.2021

Gecə saatlarında Ermənistan Müdafiə Nazirliyində gərgin anlar yaşanıb.

DM erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşən hərbçilərin yaxınları nazirliyə basqın edərək binanın bütün giriş-çıxışlarını bağlayıblar. Bu səbəbdən nazirliyin işçiləri səhərə qədər binada təhlükə ilə üz-üzə qalıblar.

"Müdafiə Nazirliyində gecə saatlarında vəziyyət gərginləşib. Binanın içərisində qalan işçilər bunkerə eniblər, hasarları aşmağı bacaran bir-iki nəfər isə qaçıb. Hətta bir neçə general binadan çıxaraq hasarlardan atlamaqla canını qurtarıb. General Albert Mardoyan da qaçanlar arasında olub. Binanı mühasirəyə alan itkin düşmüş hərbçilərin yaxınları hökumətin yalanlarından bezdiklərini və övladları haqqında dəqiq məlumatlar verilməsini tələb etdiklərini söyləyiblər. "Əsir" saxlanılan əsgərlərin qohumlarına da vədlər verilmişdi ki, guya Bakı yeni bir "hərbi əsir” qrupunu qaytaracaq. Valideynlər Erebuni hava limanına toplaşdıqda isə İrəvana boş bir təyyarənin enməsinin şahidi olublar. Bütün gecəni Müdafiə Nazirliyinin binasında çəkilişi qadağan edən çox sayda polis toplanıb",- erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub.