29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid bacısı işlə təmin olundu

09.04.2021

Şəhid Rauf İbadovun bacısı Banu İbadova işlə təmin olunub.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Rauf İbadov atası "Azəriqaz” İB-nin əməkdaşı Məhərrəm İbadov deyib ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib.

O, oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhid olub. Birliyin baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib. Qısa müddət ərzində şəhidin bacısı Banu İbadova "Azəriqaz” İB-də işlə təmin olunub.

Qeyd edək ki, şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Şəhid Rauf İbadovun bacısı Banu İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.