29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda matəm elan edildi

09.04.2021

Aprelin 10-u Gürcüstanda matəm günü elan edilib.

DM-in məlumatına görə, Gürcüstanın Baş nazirinin imzaladığı qərara əsasən, Abxaziya bölgəsində yaşayan və Gürcüstanın nəzarətindəki əraziyə keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi ölkədə matəmlə anılacaq. Matəm günü ilə əlaqədar 10 aprel saat 00:00-dan 11 aprel saat 11:00-dək ölkədə dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, bu il aprelin 7-də Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 Gürcüstan vətəndaşı Enquri çayında boğularaq ölüb. Onların cəsədləri daha sonra xilasedicilər tərəfindən tapılıb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.