05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropalı nazirdən AÇIQLAMA

08.04.2021

Almaniyanın tanınmış "Frankfurt Allgemeine Zeitung” nəşri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatının (PUA) Almaniya ordusunun mütəxəssislərini heyrətə saldığını yazıb.

Məqalədə qeyd olunur ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdir.

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib.

Almaniya müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün artıq bəzi təkliflər irəli sürüb.

O qeyd edib ki, ölkənin hava hücumundan müdafiə sistemləri təcili olaraq dəyişdirilməlidir:

"Silahlı qüvvələrimiz bu vəziyyətdə müqavimət göstərmək iqtidarında deyil. Ancaq Almaniya ordusunun PUA hücumlarına qarşı demək olar ki, müdafiəsiz olduğunu qəbul etmək sürpriz oldu”.

"Frankfurt Allgemeine Zeitung” nəşri yazır ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib və erməni hərbçiləri bu hücumlar qarşısında məyus vəziyyətə düşüblər.