Çində partlayış  
    
                          
     
                         08.04.2021
 
    
                         Çinin Hubey əyalətində partlayış baş verib. 
DM xəbər verir ki, hadisə Partlayıcı maddələrin  zərərsizləşdirmə müəssisəsində qeydə alınıb. Qəza yerinə  çox saylı xilasetmə qurumları cəlb olunub.
Səlahiyyətlilər, partlayış nəticəsində 3 nəfərin yaralandığını və 9 nəfərin itkin olduğunu açıqlayıb. 
Müəssisədə axtarış-xilasetmə işləri davam edir.