03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Stüart Pitç ilə görüşdü

08.04.2021

NATO Hərbi Komitəsinin sədri Stüart Pitç Ukraynada ölkə Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna Prezident Ofisi xəbər yayır.

Söhbətin əsas mövzusu Donbasdakı kəskinləşmə və sükut rejiminə son qoyulması olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçak bildirib ki, qonaqla orduda islahatlar aparmaq və onu NATO standartlarına yaxınlaşdırmaq barədə danışdlar aparılıb.

Eyni zamanda, Stüart Pitç dövlətin rəhbərliyini və hərbçiləri Şimali Atlantika İttifaqı tərəfindən Ukraynaya davamlı dəstək veriləcəyinə əmin edib.

Stüart Pitç Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi və aviasiya marşalıdır. Üç il əvvəl NATO-nun ali orqanı olan Hərbi Komitənin sədri seçilib və bu ona bütün İttifaq adından danışma imkanı verir.