29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda AKSİYA

08.04.2021

İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin yaxınları yenidən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

DM erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşən əsgərlərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, bundan əvvəl Müdafiə Nazirliyində keçirilən görüşdə onlara verilən vədlər yerinə yetirilməyib, ona görə də yenidən aksiya keçirməyə məcbur qalıblar.

"Hələ heç kim bizimlə görüşə gəlməyib. Dərdimizi bölüşənlərin hamısını bizə qoşulmağa çağırıram. Övladlarımızın məsələsi həll olunana qədər burada qalacağıq ”, - Qukasyan əlavə edib.

Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərin ailələri mütəmadi olaraq etiraz aksiyaları keçirirlər